28 May metrosunun 2-ci çıxışına cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən premium yaşayış binasında 2 otaqlı, yüksək keyfiyyətli avro təmirli və tam əşyalı mənzil uzunmüddətli icarəyə verilir.
Mənzil rahat və komfortlu yaşayış üçün bütün zəruri mebel və məişət texnikası ilə təmin olunub. Geniş və işıqlı otaqları, müasir interyeri və funksional planlaşdırılması ilə seçilir.
Bina 24/7 mühafizə xidməti, sürətli liftlər və daim işlək kommunal xidmətlərlə təmin olunub. Ətrafda marketlər, restoranlar, parklar, məktəblər və digər bütün zəruri infrastruktur mövcuddur.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.